Xəzər Xəbər

Türkiyədə erməni qubernator oldu

Dünya | 12:32 • 18 Avqust 2022
Türkiyədə erməni qubernator oldu

Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli vətəndaş vilayət qubernatoru olacaq.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

27 yaşlı Berk Acar Denizli bölgəsinin Babadağ vilayətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə layiq görülüb.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024