Xəzər Xəbər

Meşə yanğınları 26 nəfərin həyatına son qoyub

Dünya | 10:11 • 18 Avqust 2022
Meşə yanğınları 26 nəfərin həyatına son qoyub

Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində azı 26 nəfər həyatını itirib.

Bu barədə "Sinxua" agentliy Əlcəzair Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Məlumata görə, yanğınlar El Tarf əyalətində 24 nəfərin, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində ümumilikdə 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya da cəlb edilib.

Qeyd edək ki, dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.

Xəbər lenti

Çox oxunanlar