Ermənistan FHN-in başçısı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olması versiyasını istisna edib.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, fövqəladə hallar naziri Armen Pambuxçyan bunu bazar ertəsi günü keçirdiyi brifinqdə deyib.
“Partlayışın videosuna baxanda aydın görünür ki, heç bir terrordan söhbət gedə bilməz. Ona görə ki, əvvəlcə hansısa bir alışma olub, sonra tüstü yaranıb, bundan sonra partlayış baş verib”, - deyən nazir əlavə edib ki, bunun ardınca alov həmin mənbədən tezalışan materiallara sıçrayıb.
Son məlumata görə, İrəvandakı “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Ermənistan FHN-dən onu da bildiriblər ki, 15 nəfər itkin düşmüş sayılır.
Bu gün səhər baş nazir Nikol Paşinyan hadisə yerinə gəlib.