İrəvanda “Surmalu” Ticarət Mərkəzindəki yanğında 20 nəfərin taleyi barədə məlumat yoxdur.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin sözçüsü Hayk Kostanyan bildirib.
O bildirib ki, hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, bu gün günorta saatlarında partlayışdan sonra başlayan yanğın zamanı 2 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Şahidlərin sözlərinə görə, partlayış pirotexnika dükanında baş verib.