Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi 41 yaşlı Manvel Myasnikoviç Tadevosyan ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 14-də saat 15:20 radələrində hərbi qulluqçunun vəziyyəti kəskin pisləşib. Həkimlər ona dərhal lazımi köməklik göstərsələr də onu xilas etmək mümkün olmayıb. Ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib”, - deyə nazirlikdən bildirilib.