Bu gün Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində Suren Papikyanın Rusiya müdafiə naziri Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşü planlaşdırılıb.