Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenski üçün tribunaldan və ya komediya şoularında ikinci plan rollarına qayıtmaqdan başqa variant yoxdur.
XəzərXəbər Publika.az-a istinadla xəbər verir ki, siyasətçinin bu mövzuda verdiyi suallara cavablarını cümə günü jurnalist Nadana Fridrixson öz “Telegram-kanal”ında yerləşdirib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavininin katibliyi cavabların həqiqiliyini TASS-a təsdiqləyib. Xüsusilə, Zelenski üçün hansı aqibəti gördüyünü soruşduqda, Medvedev belə cavab verib:
“Tribunal və ya ikinci dərəcəli rollarda komediya şousuna qayıdış”.