Xəzər Xəbər

TƏCİLİ! Dünyanın ən varlı insanları düyməyə basdı: mühüm axtarış başladı

Dünya | 16:48 • 9 Avqust 2022
TƏCİLİ! Dünyanın ən varlı insanları düyməyə basdı: mühüm axtarış başladı

Dünyanın ən zəngin adamları “xəzinə ovuna” çıxıblar.

Ceff Bezos, Mikael Bloomberq və Bill Qeyts də daxil olmaqla dünyanın ən varlı insanları Qrenlandiyanın qərb sahilində başladılan xəzinə axtarışını maliyyələşdirir. Buzlaqların əriməsi ilə ortaya çıxan nadir və çox qiymətli mineralların,  yaşıl enerji üçün yeni bir qapı açacağı düşünülür.

Məlumata görə, Qrenlandiya iqlim dəyişikliyinin təsirləri baxımından “sıfır nöqtə” olaraq görülür. Lakin yeni xəbərlərə əsasən, sözügedən bölgə böhrana həll yolu təmin etmək üçün də “sıfır nöqtəsi” ola bilər. İqlimdən əziyyət çəkən bölgədəki buzlaqların sürətlə əriməsi yaşıl enerjiyə keçid üçün kritik minerallar axtaran mədən şirkətləri üçün ironik şəkildə yeni qapı açıb.

Qrenlandiyanın Disko və Nuussuaq yarımadasının təpələri və vadilərinin səthinin altında yüz milyonlarla enerji mənbəyini təmin etmək üçün kifayət qədər kritik mineralların olduğu düşünülür. İki mədən şirkəti – “Kobold Metals” və “Bluejay Mining” bununla bağlı birgə yola çıxıblar. 30 geoloq, onları müşayiət edən aşpazlar, pilotlar və texniki işçilər qızıl qiymətli mədənləri tapmaq üçün ərazidə düşərgə qurublar.

“Kobold Metals”ın baş direktoru Kurt House, “CNN”ə milyarder klubunun təşəbbüslərini maliyyə cəhətdən dəstəklədiyini təsdiqləyib. Qeyd olunub ki, bölgədəki qruplar yeraltının elektromaqnit sahəsini ölçmək üçün torpaq nümunələri götürür, qaya təbəqələrinin xəritəsini çəkir, helikopter və dronların köməyi ilə işlər aparırlar. Komandalar tərəfindən əldə edilən məlumatlar süni intellektlə təhlil edildikdən sonra dəqiq olaraq haranın qazılacağı müəyyənləşəcək.

Digər tərəfdən  dünyanın ikinci ən böyük buz təbəqəsi kimi tanınan Qrenlandiyada buzlaqın əriməsi son vaxtlar böyük narahatlıq doğurub. NASA-dan alim Nathan Kurtz, “CNN”ə verdiyi açıqlamada, buzlaqların 20-30 il ərzində tamamilə yox olacağının gözlənildiyini söyləyib: “Buzlaqlar tamamilə əridikdən sonra yalnız mövsümi buz örtüyü qalacaq”./sfera.az

Xəbər lenti