Xəzər Xəbər

DİQQƏT! Çində yeni virus YAYILDI

Dünya | 14:47 • 8 Avqust 2022
DİQQƏT! Çində yeni virus  YAYILDI

Çin və Sinqapur alimləri insanlarla yanaşı, heyvanlara yoluxa bilən henipavirusun əvvəllər məlum olmayan növünü aşkar ediblər.

Bu barədə Çin mediası məlumat yayıb.

Yeni patogen "Lanye" virusu adlandırılıb. Ekspertlərin hesablamalarına görə, Şandunq və Henan əyalətlərində 35 nəfər yeni virusa yoluxub. Xəstəliyin əsas simptomları öskürək, qızdırma, zəiflik, əzələ ağrısı, ürəkbulanma və baş ağrısıdır. 

Qeyd olunub ki, indiyədək yoluxanlar arasında heç bir əlaqə olmayıb. Bu da virusun insandan-insana keçmədən də yayıla bilməsinə imkan verir. Ümumiyyətlə, patogen "Nipah" virusuna bənzəyir, lakin "Lanye" infeksiyasında hələ ölüm halı qeydə alınmayıb./Redaktor.az 

Xəbər lenti

Çox oxunanlar