Moskvada toyda bəylə gəlindən külli miqdarda pul olan hədiyyə zərfləri oğurlanıb.
Bu barədə REN TV məlumat yayıb.
Şənlik cümə günü, avqustun 5-də Granatny Lanedəki restoranda baş tutub. Bir anda səbəbkarların əyləşdiyi masadan cəmi 55 min rubl olan üç zərf yoxa çıxıb.
Zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə ilə bağlı araşdırma aparılır.
Qonaqlardan birinin oğurluqda əli olub-olmaması barədə heç bir məlumat yoxdur./Ölkə.az