Xəzər Xəbər

Prezidentdən əhaliyə xəbərdarlıq: Çətinliyə hazırlıqlı olun

Dünya | 17:41 • 7 Avqust 2022
Prezidentdən əhaliyə xəbərdarlıq: Çətinliyə hazırlıqlı olun

Finlandiya Prezidenti Sauli Niiniste Avropada qaçılmaz iqtisadi tənəzzül barədə xəbərdarlıq edib. 

O, bu barədə “Maaseudun Tulevaisuus”-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa getdikcə daha çox iqtisadi çətinliklərlə üzləşir. Niiniste hesab edir ki, Finlandiya və bütövlükdə Avropa xalqı iqtisadi vəziyyətin ildən-ilə yaxşılaşmayacağına hazır olmalıdır. Onun fikrincə, insanlar artıq buna öyrəşiblər.

Bu arada “Wall Street”-in keçmiş maliyyəçisi Maykl Hudson Almaniyanın “Junge Welt” qəzetinə deyib ki, Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları əks nəticə verib:

“Onlar nəinki Moskvanı iqtisadi cəhətdən müstəqil etdi, həm də enerjinin qiymətinin artması səbəbindən dövlət büdcəsinə əlavə gəlir gətirdi. Rusiya iqtisadiyyatı özünü təmin etməyə başlayır”.

Eyni zamanda, o hesab edir ki, ABŞ və Aİ-nin bu sanksiyalarla öz ayaqlarına atəş açdığını söyləmək ədalətli olardı./Cebhe.info

Xəbər lenti

Çox oxunanlar