Ukraynalı qadın və uşaqların Birləşmiş Ərəb Əmirliklərinə satılması ehtimalı var.
Onlar cinsi köləliyə və ev işçisi kimi insn alverinin qurbanı ola bilərlər.
Bu barədə Britaniyanın “Daily Mail” nəşri Vaşinqton Müdafiə və Təhlükəsizlik İnstitutunun və Nyu-York Xarici Siyasət Mərkəzinin hesabatına istinadən yazıb.
“Yaralı və həssas vəziyyətdə olanlar insan alverçiləri üçün əsas hədəfə çevriləcəklər. Çox güman ki, onlardan bəziləri sonda BƏƏ və digər ölkələrə satılacaq”, - deyə məlumatda deyilir.
Nəşr BMT-nin məlumatlarına istinadən yazır ki, Rusiyanın xüsusi əməliyyatının başlamasından sonra ilk 10 gün ərzində 1,5 milyondan çox qaçqın Ukraynadan qonşu ölkələrə köçüb. “Dubayda müasir köləlik” adlı son hesabatda bəzi qurbanların seks və ev işlərinə cəlb oluna biləcəyi bildirilir. Ukrayna tərəfi son 5 ayda Ukraynada 200 mindən çox uşağın itkin düşdüyünü bildirir.
Bundan əvvəl ukraynalı qaçqınların Avropada ağır iş şəraitindən şikayətləndiyi bildirilirdi. Ukraynalılardan biri nəşrə bildirib ki, o, mart ayından İtaliyadadır. Ailə pulsuz mənzillə təmin edilib, üç aylıq yardım ödənilib - böyüklər üçün 300 avro və uşaq üçün 150 avro verilib:
“İndi ödənişlər başa çatıb və sahiblər artıq köçməyin vaxtı olduğuna işarə edirlər”./Cebhe.info