BMT-nin baş katibi Antonio Quterreş Ukrayna müharibəsi, Yaxın Şərq və Koreya yarımadasındakı böhranın bəşəriyyət üçün yaratdığı riski bəyan edib.
O, bunu Xirosimanın nüvə bombalanmasının 77-ci ildönümünə həsr olunmuş anım tədbirləri zamanı deyib.
"Bəşəriyyət dolu silahlarla oynayır. Bu şəhərdə bir anda on minlərlə insan öldürüldü. Qadınlar, uşaqlar və kişilər cəhənnəm atəşində yandırıldı", - Quterreş deyib.
Onun sözlərinə görə, indi nüvə təhlükəsi heç yerə getməyib:
"Ciddi nüvə çalarları olan böhranlar sürətlə yayılır - Yaxın Şərq, Koreya yarımadası, Rusiyanın Ukraynaya müdaxiləsi".
Quterreş xatırladıb ki, dünya nüvə silahının yayılmaması üçün səy göstərməlidir:
"Soruşmalıyıq: Biz bu şəhərin üzərində qabaran göbələk buludundan nə öyrəndik?"/Publika.az