İki milyard dollar vergidən yayınmaqda ittiham olunan amerikalı sahibkar Robert Brokman 81 yaşında vəfat edib.
Bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, biznesmen özünün "Reynolds & Reynolds" şirkəti daxilində proqram təminatının hazırlanması ilə 4,7 milyard dollar sərvət qazanıb.
Bundan əlavə, nəşr xatırladıb ki, 2020-ci ilin oktyabrında ABŞ Daxili Gəlirlər Xidməti sahibkarı 2 milyard dollar məbləğində rekord məbləğdə vergi ödəməməkdə ittiham edərək ona qarşı iddia qaldırıb. Brokmanın "Vista Equity Partnersa" investisiyalardan əldə etdiyi gəlirlərə görə vergilərin bir hissəsini ödəməmək üçün ofşor sxemlərdən istifadə etdiyi bildirilir.
Nəşrin müəllifləri milyarderin həyatının son bir neçə ilində sürətlə irəliləyən demensiyadan əziyyət çəkdiyini vurğulayıblar./Publika.az