Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrda Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatınının (ŞƏT) iclasına dəvət edib.
Bu barədə Türkiyə lideri özü məlumat verib.
Tədbir 5-16 sentyabr tarixlərində Səmərqənddə baş tutacaq.
"Görüşümüz zamanı Putin də xahiş etdi. İmkan olsa, oradakı görüşdə iştirak edəcəyik, inşallah. Biz deyirik: Şanxay beşliyinə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı kimi qoşulanlarla birlikdə olaq" - Ərdoğan qeyd edib.
O əlavə edib ki, dəvəti qəbul edib və fövqəladə bir hadisə baş verməsə, Səmərqəndə səfər edəcək.
Qeyd edək ki, ŞƏT-ə BƏƏ, Suriya, Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla on ölkə qoşulmaq istəyir .
İndi ŞƏT-ə səkkiz ölkə - Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus və Monqolustan müşahidəçi statusuna malikdir. Tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır./publika.az