Xəzər Xəbər

Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər saldı

Dünya | 14:02 • 7 Avqust 2022
Ukraynanın üçüncü gəmisi İstanbul sahillərində lövbər saldı

Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında imzalanan “Taxıl və ərzaq məhsullarının Ukrayna limanlarından təhlükəsiz daşınması” müqaviləsi çərçivəsində avqustun 7-də Çernomorskdan hərəkət edən üçüncü gəmi İstanbul sahillərində lövbər salıb.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə bayrağı altında üzən 12 min ton qarğıdalı yüklü "Polarnet" adlı quru yük gəmisi İstanbulda birgə nümayəndə heyəti tərəfindən yoxlanıldıqdan sonra Derincəyə doğru hərəkət edəcək.

Xəbər lenti

Çox oxunanlar