Rusiya COVİD-19-un yayılmasında ABŞ-ın əli olduğunu bildirib.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov bütün dünyaya təsir edən koronavirus epidemiyasının süni olduğunu və ABŞ-ın bu virusun yayılmasında əli olduğunu iddia edib.
"Xarakterikdir ki, 2019-cu ildə - COVID-19-un ilk halları ortaya çıxmazdan əvvəl – "Event-2019” təlimləri ABŞ-ın Hopkins İnstitutunda keçirilib. Təlimlərdə daha əvvəl məlum olmayan koronavirus epidemiyasına qarşı fəaliyyət məşq edilirdi. Təlimlərin əfsanəsinə görə, həmin koronavirus insanlara donuzlar üzərindən yarasalardan keçib”, - MN rəsmisi bildirib.
O əlavə edib ki, xəstəliyin qeyri-bərabər yayılması COVID-19-un süni şəkildə yaranmasından xəbər verir./azxəbər