İtaliyada Qərbi Nil virusuna yoluxma halları durmadan artır.
İtaliyada yazın əvvəlindən qeydə alınan Qərbi Nil virusuna yoluxma sayının 94-ə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, yoluxma halları əsasən şimal bölgələrində, 33 yoluxma isə Veneto bölgəsində qeydə alınıb.
Bildirilib ki, indiyədək ölkə daxilində 7 nəfər bu virus səbəbindən dünyasını dəyişib./azxəbər