Fransada noyabrın 1-nə qədər qaz anbarını tam doldurmaq planlaşdırılır.
Bunu ölkənin energetika naziri Anyes Panye-Runaşe deyib.
“İndi biz strateji qaz ehtiyatlarımızı 80 faiz doldurmuşuq, qarşıya qoyduğumuz hədəfləri üstələyirik. Bu o deməkdir ki, biz qaz ehtiyatını noyabrın 1-nə kimi 100% dolduracağıq. Bu da bizim hədəfimiz idi”.
O, bütün fransızları, xüsusən də “ən böyük oyunçuları” “qaz və elektrik istehlakının azaldıldığına əmin olmağa” çağırıb.
“Və bu, qlobal istiləşmə ilə mübarizə məqsədimizə uyğundur”, - deyə nazir bildirib.
“Əsas oyunçular, idarələr, müəssisələr istehlakı azaltmalıdırlar”, – deyə o əlavə edib.
Mənbə: Yevropeyskaya pravda