İraqda havanın temperaturunun 50 dərəcə proqnozlaşdırılması ilə əlaqədar hakimiyyət 7 əyalətdə dövlət müəssisələrində işi dayandıracaq.
Məlumatı İraq İnformasiya Agentliyi (INA) yayıb.
Bildirilib ki, İraqın cənubunda yerləşən Basti, Babil, Diyala, Nəcəf, Divaniya və Mutanna əyalətlərində avqustun 4-də əsas dövlət müəssisələri bağlanacaq.
Bu rejim tibb müəssisələrinə, təhlükəsizlik və kommunal xidmətlərə aid edilmir.
Qeyd edək ki, sinoptiklər İraqın cənub əyalətlərində havanın temperaturunun 50 dərəcə olacağını proqnozlaşdırıblar./report