Cənubi Sudanda müalicəsi tapılmayan xəstəlik 89 nəfərin ölümünə səbəb olub.
Dünya koronavirus epidemiyası və gənə problemi ilə mübarizə apararkən Cənubi Sudanda yeni epidemiyanın yayıldığı məlum olub. Ölkədə gizli xəstəlikdən 89 nəfər dünyasını dəyişib.
Ümumdünya Səhiyyə Təşkilatı da xəstəliyin mənbəyini və nə olduğunu müəyyən etmək üçün bölgəyə qrup göndərib. ÜST məsələ ilə bağlı dərhal araşdırmalara başlayıb. Əhalinin içdiyi su, yediyi yeməklər yoxlanılıb.
Həmçinin, Conqlei əyalətinin Fanqak şəhərinə göndərilən ilk nümunələrdən də nəticələr gəlib. Nəticələrə əsasən, insanların ölümünə səbəb olan xəstəliyin vəba olmadığı bildirilib./azxəbər