Xəzər Xəbər

ÜST toplaşdı: Dünyanın gözlədiyi qərar verildi

Dünya | 11:18 • 26 İyun 2022
ÜST toplaşdı: Dünyanın gözlədiyi qərar verildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) komitəsi meymunçiçəyinin fövqəladə xarakterdə olduğunu tanıyıb və infeksiyanın yayılmasına nəzarət etmək üçün intensiv cavab tədbirləri görməyə çağırıb. 

XəzərXəbər xəbər verir ki, bununla belə, ekspertlər epidemiyanı beynəlxalq narahatlıq doğuran ictimai səhiyyədə fövqəladə hal kimi qəbul etməyiblər. 

Bu barədə komitənin iclasının yekununda qəbul edilən sənəddə deyilir. Mütəxəssislərin bir neçə həftədən sonra məlumatları yenidən nəzərdən keçirəcəyi gözlənilir.

İndi 50-dən çox ölkədə meymunçiçəyi qeydə alınıb, may ayının əvvəlindən bəri 3 mindən çox infeksiya aşkarlanıb. ÜST-nin baş direktoru Adhanom Qabreyesus xəstəliyi ictimai sağlamlıq üçün "inkişaf edən təhlükə" adlandırıb.

Xəbər lenti