Eyfel qülləsi böyüklüyündə və 4,7 milyard dollar dəyərində "4660 Nereus" asteroidi Yerə yaxınlaşır.
XəzərXəbər Trend-ə istinadən bildirir ki, bu barədə NASA-nın saytında bildirilir.
Məlumata əsasən, "4660 Nereus" asteroidi ilk dəfə 1982-ci ildə aşkarlanıb. O zaman NASA onun trayektoriyasını hesablayıb və belə nəticəyə gəlib ki, bu obyekt Yer üçün təhlükə yarada bilər - onun trayektoriyası Yerin orbiti ilə kəsişir.
Daha sonra alimlər belə qənaətə gəliblər ki, "4660 Nereus" təhlükəli deyil - təxminən 23 min km/saat sürətlə Yerdən xeyli məsafədən keçəcək.
Astronomların məlumatlarına əsasən, bu asteroid qiymətli filizdən ibarətdir - onun tərkibində dəyəri 4,7 milyard dollardan çox olan nikel, kobalt və dəmir var.