Xəzər Xəbər

Bill Qeyts pandemiyanın bitəcəyi tarixlə bağlı proqnoz verdi

Dünya | 10:10 • 10 Dekabr 2021
Bill Qeyts pandemiyanın bitəcəyi tarixlə bağlı proqnoz verdi

"Yeni ştamların yaranması və vaksinasiya tempinin aşağı olmasına baxmayaraq, “COVİD-19” pandemiyasının kəskin fazası 2022-ci ildə sona çata bilər".

Bu açıqlama ilə “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts çıxış edib. O, bildirib ki, yüksək yoluxuculuğa malik “Delta” variantının yaranacağını, insanların peyvənd olunmağa və tibbi maska taxmağa qarşı çıxacaqlarını gözləmirdi.

Bill Qeyts “Omicron” ştamının narahatlıq doğurmasına baxmayaraq, dünya ictimaiyyətinin əvvəlki mərhələ ilə müqayisədə indi virusla mübarizəyə daha hazırlıqlı olduğunu vurğulayıb./apa

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024