Gürcüstan “3+3” formatı çərçivəsində dekabrın 10-da Moskvada keçiriləcək ilk toplantıda təmsil olunmayacaq.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bununla əlaqədar bəyanat yayıb.
Bildirilir ki, Gürcüstan bu əməkdaşlıq formatında iştirak imkanını nəzərdən keçirmir.
Bəyanatda, həmçinin deyilir: “Gürcüstan XİN 3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə ifadə edib. Biz bu formatda iştirakı nəzərdən keçirmirik və buna müvafiq olaraq dekabrın 10-na təyin edilmiş görüşdə təmsil olunmayacağıq”. (AZƏRTAC)