Avstraliyanın Kvinslend ştatında elm adamları “Omikron” ştammının genetik “alt növünü” müəyyən ediblər.
Bu barədə Kvinslend ştatının səhiyyə naziri İvett D'At xəbər verib.
Onun sözlərinə görə, yeni subvariant bu yaxınlarda Nigeriyadan gələn və “Omikron”a yoluxmuş ikinci avstraliyalının nümunələrində tapılıb.
“Məhkəmə-tibbi və elmi xidmətlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm, çünki onların beynəlxalq komitə ilə işi “Omikron”un iki alt tipə yenidən təsnifləşdirilməsinə səbəb oldu. Onların hər ikisi burada Kvinslenddədir”, - deyə o bildirib.
Avstraliyalı mütəxəssislər yeni subvariantın dünyanın müxtəlif hissələrinə yayılma ehtimalı olduğunu hesab edirlər. Bununla belə, onların sözlərinə görə, subvariantı yeni ştamm adlandırmaq olmaz, o alt tipdir.
Ekspertlər bildirir ki, SARS-CoV-2-nin yeni versiyası “Omikron”un genetik dəyişikliklərinin təxminən yarısını saxlayıb. Buna görə onu PCR testi ilə aşkar etmək daha çətindir.
Mənbə: The Guardian