Xəzər Xəbər

Dünyada ilk dəfə BƏƏ-də 4.5 günlük iş həftəsinə keçiləcək

Dünya | 16:54 • 8 Dekabr 2021
Dünyada ilk dəfə BƏƏ-də 4.5 günlük iş həftəsinə keçiləcək

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) istirahət günləri şənbə və bazar günlərinə keçirilib, beş günlük iş həftəsi isə yarım gün qısaldılıb.

Bu qərarla ölkə qarşısına işgüzar əlaqələri gücləndirmək məqsədini qoyub.

Yeni qrafikə keçid 2022-ci il yanvarın 1-dən baş tutacaq. Hələlik bu qərar sadəcə dövlət qurumlarına şamil ediləcək. Dövlət sektorunun nümunəsində özəl şirkətlərin də bu qaydaya keçid edəcəyi gözlənilir.

Qeyd edək ki, Fars körfəzinin digər ölkələrində istirahət günləri cümə, şənbə və ya cümə axşamı, cümə günləri hesab olunur. Bu İslam dinində cümə gününün müqəddəs hesab olunması ilə əlaqədardır.

BƏƏ-də isə bundan sonra cümə günü istirahət günü deyil, qısa iş günü olacaq. Dövlət qurumları saat 12:00-a qədər fəaliyyət göstərəcək ki, əməkdaşlar günorta dini ibadətlərini yerinə yetirə bilsinlər.

Beləliklə, BƏƏ dünyada 4,5 günlük rəsmi iş həftəsi elan edən ilk ölkə olub.

Xəbər lenti

Çox oxunanlar