Xəzər Xəbər

ÜST-dən xəbərdarlıq: “omikron” ştamı geniş yayılacaq

Dünya | 16:39 • 8 Dekabr 2021
ÜST-dən xəbərdarlıq: “omikron” ştamı geniş yayılacaq
57 ölkədə aşkar edilmiş yeni "omikron” ştamı artıq yanvar ayının əvvəlindən etibarən Avropada geniş yayıla bilər.
 
XəzərXəbər xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının dünyadakı epidemioloji vəziyyətlə bağlı həftəlik bülletenində deyilir.
 
"Proqnozlara görə, əgər SARS-CoV-2 infeksiyasına yoluxmanın 1%-i "omikron” variantından qaynaqlanarsa, o, 2022-ci il yanvarın 1-dək ümumi yeni yoluxma sayının 50%-ni təşkil edə və 120%-dək artım nümayiş etdirə bilər”, - sənəddə qeyd olunur/Report.

Xəbər lenti