Türkiyədə Qarsın ən böyük "aşirət”lərindən biri olan "Digor”un təşkil etdiyi toyun görüntüləri sosial mediada gündəm olub.
Ötən aylarda ABŞ-ın Los Anceles ştatında keçirdikləri toyla diqqət çəkən tayfa yenə müzakirə obyektinə çevrilib. Belə ki, bu dəfə lüks məkanların birində baş tutan məclisdə dəvətlilərin bəylə gəlinə gətirdikləri hədiyyələr görənləri təəccübləndirib.
Məclisdə 10 min lirəlik hədiyyələrlə yanaşı, masaya dollar və avro qoyan vətəndaşların da olduğu bildirilib. Görüntülərdə, həmçinin pulları saymaq üçün masa arxasında əyləşənlərin qonaqların böyük marağından dolayı, çətinlik çəkdikləri əks olunub./Sfera.az