Xəzər Xəbər

BMT-nin baş katibi özünütəcrid rejiminə keçib

Dünya | 14:01 • 8 Dekabr 2021
BMT-nin baş katibi özünütəcrid rejiminə keçib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş koronavirus xəstəsi ilə təmasdan sonra dekabrın 9-dək özünütəcrid rejiminə keçib. Baş katibdə xəstəliyin əlamətləri müşahidə olunmur.

TASS agentliyi xəbər yayıb ki, bu barədə jurnalistlərə Quterreşin nümayəndəsinin müavini Farhan Hak bildirib.

Hak deyib: “Biz təsdiqləyirik ki, Baş katib koronavirus testinin cavabı müsbət çıxan şəxslə təmasda olub. Baş katibin birinci testinin cavabı neqativdir, onda xəstəliyin əlamətləri müşahidə olunmur. Lakin ehtiyat tədbiri kimi, o, dekabrın 9-dək, yeni test götürülən tarixədək evdən işləyəcək”.

Bundan əvvəl 72 yaşlı Quterreşin özünütəcrid rejiminə keçməsi barədə bir sıra KİV-lərdə ayrı-ayrı mənbələrə istinadən məlumat yayılıb. Qeyd edək ki, Nyu-Yorkda koronavirusun “omikron” ştamına yoluxma halları aşkarlanıb.

Xəbər lenti

Çox oxunanlar