Xəzər Xəbər

Pandemiya nə vaxt bitəcək? — Alimlərdən AÇIQLAMA

Dünya | 11:02 • 5 Dekabr 2021
Pandemiya nə vaxt bitəcək? — Alimlərdən AÇIQLAMA

"Koronavirus ən azı 2026-cı ilə qədər ciddi təhlükə yaradacaq".

XəzərXəbər "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britanıyanın Fövqəladə Hallar üzrə Elmi Məsləhət Qrupu (SAGE) məlumat yayıb.

"SARS-CoV-2 səhiyyə sistemini təhdid etməyə davam edəcək və ən azı beş il ərzində peyvənd və məlumatların monitorinqi vasitəsilə aktiv nəzarət tələb edəcək", - məlumatda bildirilir.

Mütəxəssislərin fikrincə, peyvəndləmə və xəstəliyin yayılmasının ümumi qarşısının alınması üçün tədbirlər kifayət qədər effektiv olmasa, bu müddət arta bilər.

Bundan əlavə, britaniyalı alimlər müəyyən ediblər ki, Birləşmiş Krallıqda Avropanın qalan hissəsi ilə müqayisədə insidentlərin artması ilə bağlı vəziyyət stabilləşib. Onların fikrincə, buna geniş yayılmış peyvənd kampaniyası sayəsində nail olunub.

Xəbər lenti