Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbulğəyt İranın Hörmüz və Bab əl-Məndəb boğazlarına nəzarəti genişləndirmək səyləri ilə bağlı xəbərdarlıq edib.
"Azad İran" Teleqram kanalı xəbər verir ki, dekabrın 4-də Romada Aralıq dənizi ilə bağlı danışıqların 7-ci mərhələsində iştirak edən baş katib İranın birbaşa və ya dəstəklədiyi yaraqlılar vasitəsilə beynəlxalq su kanallarına, o cümlədən Hörmüz və Bab əl-Məndəb boğazlarına nəzarəti artırmaq səyləri ilə bağlı xəbərdarlıq edərək vurğulayıb:
"Sözügedən iki strateji əhəmiyyətli boğazda gəmiçilik fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi dünya ticarəti üçün zəruridir"./publika.az