Xəzər Xəbər

Türkiyədə terror aktının qarşısı alınıb

Dünya | 22:29 • 4 Dekabr 2021
Türkiyədə terror aktının qarşısı alınıb

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda ağır terror aktının qarşısı alınıb.

Türkiyə mediası xəbər yayıb ki, Nusaybindəki Çevik Polis Alayında xidmət edən zabitlərdən birinin şəxsi avtomobilinin altına yerləşdirilmiş əldədüzəltmə bomba zərərsizləşdirilib. Bildirilir ki, bomba üzərindəki əl izləri götürülüb və digər sübutlarla birlikdə cinayətkarın axtarışına başlanılıb.

Bu barədə “TRT Haber” telekanalının yaydığı ən son məlumata görə, məqsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Siirt şəhərində keçirilən mitinqdə terror aktı törətmək olub.

Qeyd edək ki, Mardin və Siirt qonşu vilayətlərdir. Ehtimala görə, avtomobilinin altına bomba yerləşdirilmiş zabit Siirtdəki mitinqin təhlükəsizliyinə təhkim olunmuş şəxslərdən biridir və terrorçular bundan məlumatlı olublar. Bombanın zərərsizləşdirilməsi böyük faciənin qarşısını alıb.

Xəbər lenti

Çox oxunanlar