Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı həyata keçirən birlikləri növbəti dəfə PKK/YPG terrorçularının hücumuna məruz qalıb.
Xezerxeber.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görülən tədbirlər nəticəsində 5 terrorçu zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində, sərhədlərdə, eləcə də İraq və Suriya ərazisində antiterror əməliyyatlarını sistemli şəkildə davam etdirir.
Bu çərçivədə Daxili İşlər Nazirliyi tərəfindən PKK-ya qarşı yeni başlanılan “Eren Qış-11” antiterror əməliyyatı Diyarbəkir və Muş bölgələrini əhatə edir. Əməliyyata 1300 nəfərlik şəxsi heyət cəlb olunub.