Xəzər Xəbər

Koronavirusun "omicron" ştamının yayıldığı ölkələrin sayı açıqlanıb

Dünya | 10:08 • 4 Dekabr 2021
Koronavirusun "omicron" ştamının yayıldığı ölkələrin sayı açıqlanıb

Koronavirusun "omicron" ştamı hazırda 38 ölkədə aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkxove bildirib.

Onun sözlərinə görə, söhbət ÜST-ün “hər altı regionunda” yerləşən dövlətlərdən gedir.

Ekspert bildirib ki, Cənubi Afrikadan gələn məlumata görə, orada virusa yoluxanların sayı artır: ""Omicron" ştamının daha yüksək keçicilik səviyyəsinə malik olması ehtimalı var. Amma hələ də dünyada üstünlük təşkil edən “delta” variantı ilə müqayisədə onun az və ya çox yoluxucu olduğunu bilməliyik".

Xəbər lenti

Çox oxunanlar