Xəzər Xəbər

Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi

Dünya | 16:25 • 3 Dekabr 2021
Səudiyyə Ərəbistanı “omikron”a görə ümrə şərtlərini dəyişdi

Səudiyyə Ərəbistanı koronavirusun "omikron” ştamının yayılması ilə əlaqədar ümrə ziyarətinin yerinə yetirilməsi üçün yeni şərtlər müəyyənləşdirib.

XəzərXəbər xəbər verir ki, ümrə ziyarəti üçün zəvvarlar Səudiyyə Ərəbistanında təsdiq edilmiş ikikomponentli COVID-19 vaksini vurdurmalıdır. ÜST tərəfindən təsdiqlənmiş, lakin krallığın vaksin siyahısında olmayan peyvəndlərlə vaksinasiya olunan zəvvarlar isə üç günlük karantindən keçməli və karantindən 48 saat sonra mənfi PCR testi təqdim etməlidirlər.

Həmçinin, qərara əsasən, zəvvarların krallıqda qalma müddəti 10 gündən 30 günə qədər artırılıb./Oxu.az

Xəbər lenti

Çox oxunanlar