Xəzər Xəbər

Bu virus 6 ay ərzində dünyaya yayılacaq – Tanınmış həkimdən bədbin proqnoz

Dünya | 16:11 • 3 Dekabr 2021
Bu virus 6 ay ərzində dünyaya yayılacaq – Tanınmış həkimdən bədbin proqnoz

"Omikron” ştamı ən tezi üç, ən geci altı ay ərzində bütün dünyaya yayılacaq. 

CNBC bildirir ki, bu haqda sinqapurlu tanınmış həkim Leonq Ho Nam açıqlama verib. O deyib ki, dünya tezliklə COVID-19-un yeni "Omikron” ştamına yoluxacaq və mövcud peyvəndlər ona qarşı təsirsiz qalacaq. 

"Düzünü desəm, "Omikron” 3-6 aya bütün dünyanı əhatə edəcək. "Omikron”a qarşı yeni peyvəndlər yaxşı bir fikirdir, lakin ştamın yayılma gücünün yüksək olması səbəbindən praktiki əhəmiyyətli olmaya bilər. 

Elm adamları bu yeni ştamın nə qədər yoluxucu olduğunu hələ də bilmirlər. Lakin məlumdur ki, bu virusun insan hüceyrələrində olan zülallarda daha yüksək yayılma qabiliyyəti və antikorların qorunmasını azaltmaq xüsusiyyəti var.

"Omikron” peyvəndinə gəlincə, onu tez bir zamanda hazırlaya bilsələr belə, sınaqdan keçirmək və bu ştama qarşı immunitet təmin edə biləcəklərini sübut etmək üçün daha 3-6 ay vaxt lazımdır”. 

Leonq Ho Nam üç dozalı peyvənd rejiminin xəstəliyin ağır formalarından qoruya biləcəyinə inanır. Lakin o, əsas problemin bir çox ölkələrdə peyvəndləmə səviyyəsinin aşağı olmasından qaynaqlandığını bildirib. 

Xatırladaq ki, "Omikron” ilk dəfə Cənubi Afrikada kəşf edilib və ötən həftə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təhlükəli ştam kimi tanınıb. /Sfera.az

Xəbər lenti

Çox oxunanlar