İngiltərə alimləri peyvəndlər üzərində araşdırma aparıb.
BBC xəbər verir ki, bu, vaksinlərin 3-cü dozası üzərində aparılmış ilk elmi araşdırmadır.
Həyata keçirilmiş elmi tədqiqatlar göstərir ki, 3-cü dozada vaksinlər karonavirusdan qorunma qabiliyyətimizi daha da gücləndirir.
Bundan əlavə, onu da qeyd etməkdə fayda var ki, "Pfizer" və "Moderna" 3-cü dozada digər peyvəndlərə nəzərən daha çox müdafiə təmin edir.
Elm adamları vurğulayır ki, 3-cü doza vaksinlənmənin yeni ştam olan "omikron" ştamına qarşı da effektiv olacağı barədə ipucu əldə ediblər. Onlara görə, bu, "omikron"dan qaynaqlana biləcək ölüm halları və ağır əlamətlərin önünə keçə bilər. Hətta, tədqiqat yarı dozada vurulan "Pfizer" vaksininin belə, riskləri azaltdığına dair işarələr verir ki, bu da ehtiyat vaksinlərin düzgün və qənaətli şəkildə istifadə edilməsi baxımından olduqca önəmli bilikdir.
Edilən araşdırmalardan çıxan nəticələr əsasında bu qənaətə gəlmək mümkündür ki, xüsusilə "Astra-Zeneka" vaksininin 2-ci dozasından sonra "Moderna" və "Pfizer" vaksinlərinin tətbiqi daha effektiv nəticələr doğurur.