Xəzər Xəbər

ÜST “omikron” ştamı barədə xəbərdarlıq edib

Dünya | 15:48 • 29 Noyabr 2021
ÜST “omikron” ştamı barədə xəbərdarlıq edib

Koronavirusun yeni “omikron” ştamı xəstəliyin ciddi fəsadlarla nəticələnən yayılmasına gətirib çıxara bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi infeksiyanın yayılmasına qarşı mübarizə üzrə prioritet tədbirlərin siyahısında bildirilir.

ÜST qeyd edir ki, “omikron” ştamı üçün mutasiyaların sayının çoxluğu xarakterikdir. Bununla bağlı sual yaranır ki, indiyədək hazırlanan vaksinlər görəsən nə dərəcədə effektlidir? “Bu xüsusiyyətlərdən asılı olaraq gələcəkdə COVID-19 xəstəliyinin ciddi fəsadlarla müşayiət olunan yayılma prosesi baş verə bilər. Yeni “omikron” ştamı ilə bağlı ümumi qlobal risk çox yüksək dəyərləndirilir”, - deyə sənəddə bildirilir.

ÜST koronavirusun yeni ştamının əmələ gəlməsi ilə bağlı ölkələrin əhalisinin peyvəndlənmə tempini artırmağa çağırıb.

Sənəddə deyilir: “Əhalinin peyvəndlənmə dairəsini mümkün qədər sürətlə genişləndirmək lazımdır. Xüsusən, buraya, ilk növbədə ehtiyacı olanlar, həmçinin indiyədək peyvəndlənməyən, yaxud tam vaksinlənmədən keçməyənlər aiddir”.

ÜST vurğulayır ki, yeni ştama yoluxmalar tam vaksinlənmə kursunu keçən insanlarda, lakin proqnozlaşdırıla bilən sürətdə müşahidə oluna bilər.

Xəbər lenti

Çox oxunanlar