Xəzər Xəbər

Cənubi Afrika Respublikası hökuməti aviareyslərlə bağlı məhdudiyyətləri dərhal ləğv etməyə çağırır

Dünya | 14:32 • 29 Noyabr 2021
Cənubi Afrika Respublikası hökuməti aviareyslərlə bağlı məhdudiyyətləri dərhal ləğv etməyə çağırır

Cənubi Afrika Respublikasının (CAR) Prezidenti Siril Ramafosa “omikron” adlı ştam aşkar ediləndən sonra bəzi dövlətlər tərəfindən Afrikanın cənubunda yerləşən ölkələrə səfərlərin məhdudlaşdırılmasını “dərhal və təcili” ləğv etməyə çağırıb.

CAR dövlətinin başçısının sözlərinə görə, sərhədlərin tamamilə əsassız olaraq bağlanması onu çox məyus edib və bu tədbir həm CAR, həm də eyni tədbirlərdən zərər çəkmiş qonşu ölkələr barəsində ayrı-seçkilik formasıdır. S.Ramafosanın sözlərinə görə, bu məhdudiyyətlər elmi baxımdan əsaslandırılmayıb və yeni ştamın yayılmasının qarşısını effektiv şəkildə ala bilməyəcək.

Prezident bəyan edib ki, yeni məhdudiyyətlər zərər çəkmiş ölkələrin iqtisadiyyatına daha artıq ziyan vuracaq və onların pandemiyaya müqavimət göstərmək, ondan sonra bərpa olunmaq qabiliyyətini zəiflədəcək. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar