Xəzər Xəbər

Daha bir ölkədə "omikron" ştamına yoluxma qeydə alındı

Dünya | 13:35 • 29 Noyabr 2021
Daha bir ölkədə "omikron" ştamına yoluxma qeydə alındı

İsveçrədə koronavirusun yeni "omikron" adı verilmiş ştamına mümkün yoluxma halı qeydə alınıb.

Bununla bağlı ölkənin Federal Səhiyyə İdarəsinin "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: "İsveçrədə təqribən bir həftə əvvəl Cənubi Afrikadan qayıdan bir şəxsdə "omikron" ştamı olduğu ehtimal edilən yoluxma halı aşkar edilib".

Bildirilir ki, bu barədə məlumat bir neçə gün ərzində, müvafiq təhlillər aparıldıqdan sonra təsdiq və ya təkzib ediləcək.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştamına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştamda çox sayda mutasiyalar mövcuddur və digər ştamlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıblar./Publika.az

Xəbər lenti