Xəzər Xəbər

Baydenin bəyanatı ABŞ ilə Türkiyə arasındakı ticarət əlaqələrinə mənfi təsir edəcək

Dünya | 11:40 • 25 Aprel 2021
Baydenin bəyanatı ABŞ ilə Türkiyə arasındakı ticarət əlaqələrinə mənfi təsir edəcək

Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatı təəssüf doğurmaqla yanaşı, İkinci Qarabağ Savaşından sonra regionda dayanıqlı sülh və geniş əməkdaşlıq üçün yaranmış imkanları məhdudlaşdırır. 
Qərbin regionda əsas iqtisadi və siyasi mütəffiqlərindən hesab olunan Türkiyə ilə Birləşmiş Ştatlar münasibətlərinin daha çətin mərhələyə qədəm qoyacağı gözlənilir.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, ABŞ-ın Türkiyə ilə xarici ticarət dövriyyəsi 2019-cu ildə 26.8 milyard dollar olub. Bunun 14.2 milyard dolları Birləşmiş Ştatlardan, 12.6 milyard dolları isə Türkiyədən ixrac kimi qeydə alınıb. ABŞ ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi 791.8 milyon dollardır. Ermənistanın ABŞ ilə ticarət dövriyyəsi isə 2020-ci ildə cəmi 152 milyon dollar olub: "Göründüyü kimi, Ermənistan regionda ABŞ üçün ciddi iqtisadi və ticari tərəfdaş hesab olunmur. ABŞ-ın Ermənistan ilə ticarət dövriyyəsi Türkiyə ilə olan dövriyyəsi ilə müqayisədə 176, Azərbaycan ilə nisbətdə 5 dəfə azdır. Bununla yanaşı, Cozef Baydenin bəyanatı ABŞ ilə Türkiyə arasındakı ticarət dövriyyəsinin və qarşılıqlı sərmayə qoyluşlarının azalmasına səbəb olacağı gözlənilir".

 

Xəbər lenti