Xəzər Xəbər

Yaponiyada vulkan püskürüb

Dünya | 09:58 • 25 Aprel 2021
Yaponiyada vulkan püskürüb

Yaponiyanın iri şəhərlərindən olan Kaqosima yaxınlığında vulkan püskürməsi baş verib.

Bu barədə "Kiodo" agentliyi xəbər yayıb.

2018-ci ildən aktivləşən vulkan ilk dəfə püskürüb. 

Təhlükəyə baxmayaraq, itki və dağıntılar barədə heç bir məlumat yoxdur. Vulkanın təqribən 2300 metr hündürlüyə kül və tüstü püskürdüyü qeyd edilir. Nəticədə piroklasrik axının kraterin cənub-qərbində 1,8 kilometr məsafəyə yayıldığı bildirilir. Yaponiyanın Meteoroloji Bürosu hadisənin baş verdiyi bölgəyə yaxın olan Kaqosima və Tarumizu şəhərlərinin sakinlərini ehtiyatlı olmağa çağırıb. 

Xəbər lenti