Xəzər Xəbər

Stokholmda Ermənistanın mina xəritəsini verməməsinə etiraz edilib

Dünya | 09:23 • 25 Aprel 2021
Stokholmda Ermənistanın mina xəritəsini verməməsinə etiraz edilib

İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə”, “Qarabağ kultur cəmiyyəti” Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında Ermənistanın basdırdığı minaların xəritəsini vermədiyinə etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Sergels Torg qarşısında gerçəkləşdirilən aksiyada “Ermənistan minalanmış ərazilərin xəritəsini vermir” şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda SAF-nın təşəbbüsü ilə İsveç parlamentınə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunmuş ərazilərdə basdırdıqları minaların hücumlarına məruz qalırlar. 10 noyabr tarixli üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina etdiyinə diqqət cəlb olunub.

Xəbər lenti