Türkiyənin sabiq Baş naziri Məsud Yılmaz İstanbulda müalicə aldığı xəstəxanada 73 yaşında vəfat edib.
Xezerxeber.az xəbər verir ki, M.Yılmaz təxminən iki ildir ağciyər xərçəngi və digər xəstəliklərdən əziyyət çəkirdi.
1983-cü ildə Türkiyənin Rizə vilayətindən deputat seçilən M.Yılmaz 1986-1990-cı illərdə Türkiyənin Xarici İşlər naziri, Mədəniyyət və Turizm naziri, 1997-1999-cu illərdə Baş nazir vəzifələrini icra edib.
Məsud Yılmaz İstanbulda dəfn ediləcək.