Xəzər Xəbər

Peskov: Rusiyada “Charlie Hebdo” kimi jurnalın nəşri mümkünsüzdür

Dünya | 22:44 • 29 Oktyabr 2020
Peskov: Rusiyada “Charlie Hebdo” kimi jurnalın nəşri mümkünsüzdür

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu ölkədə Fransanın "Charlie Hebdo” kimi jurnalının nəşrinin mümkünsüz olduğunu bildirib.


D.Peskov jurnalistlərə müsahibəsində Rusiyanın həm də müsəlman ölkəsi olduğunu deyib.


"Rusiyada 20 milyona yaxın müsəlman yaşayır. Rusiyanın təməl dini xristianlıq olsa da, əhalinin əksəriyyəti xristiandır, ölkəmizin nadirliyi məhz çoxmillətli və çoxkonfessional olmasındadır. Burada bütün konfessiyaların nümayəndələri bir-birinə ehtiram və hörmət şəraitində yaşayırlar”, - deyə o, bildirib.


Kremlin nümayəndəsinin sözlərinə görə, belə bir nəşrin Rusiyada buraxılması həm də qanunvericilik baxımından mümkün deyil./AZƏRTAC

Xəbər lenti