Xəzər Xəbər

Nazirdən qrip peyvəndi XƏBƏRDARLIĞI: Payız aylarında...

Dünya | 13:02 • 6 Sentyabr 2020
Nazirdən qrip peyvəndi XƏBƏRDARLIĞI:

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca qrip peyvəndinin əhəmiyyətindən söz açıb.


Türkiyə mətbuatı xəbər verir ki, nazir payız aylarında qrip virusunun yayılmasının qarşısının alınması məqsədilə insanları peyvənd etdirməyə səsləyib.


"Qripdən qorunmağın ən asan yollarından biri də qrip virusudur, virusa qarşı immuniteti gücləndirərək vücudun xəstə olmasını əngəlləyir. Mövsüm keçidlərində bədən temperaturunun qəfil dəyişməsi immunitetə təsir edərək xəstəliklərə yol açır. Bu vəziyyətin qarşısını almaq üçün mütəxəssislər peyvənd etdirməyi tövsiyə edir. Qrip virusu xüsusilə zəif immuniteti olan insanlar üçün zənn edildiyi qədər məsum deyil”, - nazir əlavə edib.


Qrip virusunun əlamətləri


Ürəkbulanma və baş ağrısı


Əzələ və sümüklərdə ağrı


Boğaz ağrısı və şiddətli öskürək


Burun axması və yüksək hərarət


Kimlər qrip peyvəndi etdirməlidir?


Xroniki xəstəlikləri olanlar


Obez xəstələr


Tibb işçiləri və ictimai işlərdə çalışanlar


Qrip peyvəndi kimlərə edilməməlidir?


6 aydan kiçik körpələrə


Yumurta allergiyası olan insanlara


Peyvənd allergiyası olanlara


Bədəni və immuniteti həssas olanlara


Qrip olmuş insanlara da peyvənd etdirmək olmaz.


Mütəxəssislər qeyd edir ki, qrip peyvəndi virusa yoluxmanın qarşısını tamamilə almasa da, xəstəliyin şiddətlənməsinə əngəl olur. Həkimlərin sözlərinə görə, mart ayında bədənə yerləşən virusun inkişafına mane olmaq üçün oktyabr və noyabr aylarında peyvənd olunmaq vacibdir./Publika.az

Xəbər lenti

Çox oxunanlar