Xəzər Xəbər

Türkiyədə koronavirus kabusu yenidən qayıdır Son sutkada 56 nəfər öldü

Dünya | 12:31 • 6 Sentyabr 2020
Türkiyədə koronavirus kabusu yenidən qayıdır

Türkiyədə koronavirusdan son sutkada daha 56 nəfər vəfat edib.


Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Beləlikə Türkiyədə koronavirusdan ölənlərin sayı 6620 nəfərə çatıb.


Son sutkada ölkə üzrə daha 1673 nəfərdə virus aşkar edilib.ğ


Qeyd edək ki, avqust ayından etibarən Türkiyədə koronavirusa yoluxanların sayı artmağa başlayıb. Səhiyyə naziri pandemiyanın birinci dalğasının ikinci pikini yaşadıqlarını bəyan edib./Publika.az

Xəbər lenti

Çox oxunanlar