Xəzər Xəbər

Bu ölkə 3 gündür rekord qırır Pandemiyanın yeni mərkəzinə çevrildi

Dünya | 11:40 • 6 Sentyabr 2020
Bu ölkə 3 gündür rekord qırır

Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 87 min 115 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 4 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 4 milyonu ötən üçüncü ölkədir.


Pandemiyanın statistikasını aparan "Worldometer” saytı xəbər verir ki, son günlər koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda ötən günə olan yoluxma sayı həm də ölkədə COVID-19-a rekord sayda sutkalıq yoluxma halıdır. Ardıcıl 3 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 80 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birincidir.


Sentyabrın 4-də COVID-19 infeksiyası səbəbindən 1066 ölüm qeydə alınıb. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 69 min 635-ə çatıb.


Qeyd edək ki, Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də isə 3 milyonu ötüb. Ölkə COVID-19 virusuna yoluxma və ölüm sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır./Publika.az

Xəbər lenti

Çox oxunanlar