Xəzər Xəbər

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

Dünya | 10:07 • 6 Sentyabr 2020
İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.


Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.


Məlumata əsasən, yeraltı təkanların episentri Ternate şəhərindən 132 km şimal-qərbdə olub. Zəlzələnin ocağı 26,6 km dərinlikdə yerləşib.


Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə hələki məlumat yoxdur./trend


Xəbər lenti